"Qarabağın müharibə yolu ilə həlli yoxdur" - Rusiya səfiri

media-hightechnic-468x90

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq üçün addımlar atmağa davam edəcək”.

Bunu “TASS”-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib.

“2016-cı ilin aprelində Dağlıq Qarabağda təmas xəttində 4 günlük müharibədən sonra vəziyyətin normallaşması üçün bir sıra addımlar atılıb. Təəssüflər olsun ki, bu günədək silahlı insidentlərin araşdırılması mexanizmi və münaqişə zonasında ATƏT-in müşahidəçiləri missiyasının genişləndirilməsi haqqında əldə olunan razılıq həyata keçirilməyib”, – deyə Volınkin bildirib.

Diplomat vurğulayıb ki, Rusiya Cənubi Qafqazda sabitliyin bərqərar olmasının tərəfdarıdır: “Biz bu münaqişənin sülh yolu ilə həllinə alternativ yol görmürük və ATƏT-in Minsk qrupundan olan tərəfdaşlarımızla birlikdə tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərimizi davam etdirəcəyik”.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600