Azərbaycanlı psixoloqun beynəlxalq uğuru
Azərbaycan Psixiatriya Assosiasiyasının üzvü, psixoloq Ülviyyə Murtuzova psixoterapiyanın vətəni olan Avstriyada, Vyana Psixoterapiya İnstitutunda təhsil proqramı qazanıb.
Yenicag.az-a açıqlama verən Ülviyyə Murtuzova bunu peşə fəaliyyətində ən böyük uğuru kimi dəyərləndirib.
Qeyd edək ki, bu təhsil proqramı bütün dünya üzrə çox məhdud sayda peşəkar həkim və psixoloq üçün təşkil olunub və psixoterapiya sahəsində ilin ən əsas və vacib hadisəsidir. Proqramın müəllimləri dünya üzrə psixoterapiya elminin korifeyləri, Viktor Frankl, Freyd və Yunqla eyni zamanda yaşayan canlı əfsanələr olacaq.
Cəvahir













