Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qarabağ"ın Qanlı Yanvar günü doğulan futbolçusu: "Özümə ad günü keçirə bilmərəm"

Reklam: Sinerji Pro

Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Qanlı Yanvar hadisələrindən 28 il ötür.

Yenicag.az xəbər verir ki, azadlığa qovuşduğumuz gün dünyaya göz açan məşhurların sayı da az deyil. Bunlardan biri də “Qarabağ”ın 20 yanvar 1990-cı ildə doğulan futbolçusu Ağabala Ramazanovdur.

Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanovun qardaşı olan Ağabala məhz 20 yanvar hadisələri ilə bağlı 28 ildir ki doğum gününü qeyd etmir.

Hazırda Ağdam təmsilçisi ilə birlikdə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan futbolçu şəhidlərin anıldığı gündə doğum günü qeyd etməyi doğru hesab etmədiyini bildirib:

“Bu gün ölkəmizdə Ümumxalq Hüzn Günüdür. 28 il əvvəl igid oğul və qızlarımız bizə görə canlarından keçib, şəhid olublar. Onların anıldığı bir gündə özümə ad günü keçirə bilmərəm. Heç ailəmdə də doğum günüm qeyd olunmur. Olunanda da 2-3 gün sonra, adi şəkildə qeyd edirik”.

Emin

www.yenicag.az

1448
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM