“Qarabağ”ın qapıçısına təklif var

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson karyerasını İslandiyada davam etdirə bilər.

Yenicag.az xəbər verir ki, təcrübəli əlcək sahibinə “Valur” klubundan təklif var.

Tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilir.

Bu barədə məlumatı futbolçunun meneceri Olafur Qarrdarsson da təsdiqləyib.

O, 34 yaşlı qolkiperin xidmətində “Reykyavik”in də maraqlı olduğunu bildirib.