AFFA üç kluba texniki məğlubiyyət verdi

media-hightechnic-468x90

AFFA U-16 Qızlar Liqasında və AHFF-nin təşkil etdiyi ölkə çempionatında baş tutan oyunlarda qeydə alınan qayda pozuntularına görə 3 kluba texniki məğlubiyyət verilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Qərara əsasən, AFFA U-16 Qızlar Liqasında mayın 28-də keçirilməsi nəzərdə tutulan “Şəfa” – “Turan Tovuz” oyunu meydan sahibləri tərəfindən həkim briqadası və mühafizə ilə təmin edilmədiyi üçün baş tutmayıb və “Şəfa”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AHFF-nin təşkil etdiyi ölkə çempionatında mayın 30-da keçirilən “Real” – “Qaradağ Şıxlar” matçında “Real”ın heyətində iştirak hüququ olmayan oyunçu çıxış etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Eyni turnir çərçivəsində mayın 31-də baş tutan “Aran Beyləqan” – “Füzuli” görüşündə isə “Füzuli”nin heyətində iştirak hüququ olmayan futbolçu oynadığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05