Qarabağın tarixi, Tarixin “Qarabağ”ı
Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan Ağdamın “Qarabağ” klubu Hollandiyada tarixi nəticə əldə etdi
Oyun 1:1 hesabı ilə başa çatdı. Səfərdəki heç-heçə “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsinə çıxardı. Klubumuzun qrupdakı rəqibləri bu gün məlum olacaq.
***
28-08-14; 23.38
Musavat.com xəbər verir ki, qarşılaşmanın 51-ci dəqiqəsində “Qarabağ” hesabı bərabərləşdirdi. Bu hesab komandamızı Avropa Liqasının qrup mərhələsinə çıxara bilər.
***
23.12
İlk görüşdə Bakıda Hollandiya təmsilçisi “Tvente” ilə qarşılaşan “Qarabağ” qolsuz bərabərliyə razılaşmışdı. Cavab matçı bu dəqiqələrdə Hollandiyada keçirilir.
23:06
“Tvente”nin hücumçusu Kastaginos matçın 37-ci dəqiqəsində hesabı açdı.