"Qardaşlığımızı iqtisadi zəfərlərlə möhkəmləndiririk" - Taha Hüseyn Karagöz/VİDEO
“Azərbaycan tərəfi Türkiyədən gələn iş adamları üçün qapılarını sonuna qədər açıb, onlara hər cür şərait və dəstək göstərir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda iştirak edən türkiyəli jurnalist Taha Hüseyn Karagöz deyib.
Bakıda özünü vətənindəki kimi hiss etdiyini bildirən jurnalist forumun iqtisadi əhəmiyyətini yüksək qiymətləndirib:
“Türkiyə–Azərbaycan İş Forumu çərçivəsində bu torpaqları daha da zənginləşdirmək məqsədilə mühüm görüşlər keçirilir. Forumda nazirlər səviyyəsində təmsilçilik mövcuddur, eyni zamanda Türkiyə Respublikasının vitse-prezidenti də tədbirdə iştirak edir. Azərbaycan tərəfinin hörmətli rəsmiləri türkiyəli biznes dairələrinə Bakıda hər cür şərait yaradırlar.
Bu gün Türkiyədə ciddi həcmdə Azərbaycan sərmayəsi, eyni zamanda qardaş coğrafiyamız olan Azərbaycanda da güclü Türk investisiyaları mövcuddur. Bütün bunlar iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunun göstəricisidir”.
T.H.Karagöz qardaşlıq bağlarının iqtisadiyyatla daha da sarsılmaz hala gəldiyini vurğulayıb:
“Bu forum əməkdaşlığımızı inkişaf etdirmək məqsədilə təşkil olunub. Qardaşlığımızı təkcə siyasi deyil, iqtisadi sahədə də möhkəmləndirdikləri üçün əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk. Yaşasın Türkiyə–Azərbaycan qardaşlığı! Yaşasın Qarabağ!”
Ətraflı videomaterialda:
Məsimə Məmmədova
Səxavət Əliyev












