Qarlı havada yollarda vəziyyət necədir?

qarli-yol“Ötən gündən başlayaraq Bakıya yağan qar yollarda ciddi problem yaratmayıb”.

Bunu “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, yollarda buzlaşmanın qarşısının alması üçün duz-qum qarışığı səpilib.

A.Nəcəfli vurğulayıb ki, qarlı hava şəraiti hökm sürməsinə baxmayaraq, Respublika yollarında ciddi problemlər müşahidə olunmayıb.

ASC rəsmisi bildirib ki, bir qədər dağlıq rayonlarda, Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolunda buzlaşma olub. Görülən tədbirlər nəticəsində həmin problemlər aradan qaldırılıb.

A.Nəcəfli mövsümlə əlaqədar sürücüləri ehtiyatlı olmağa çağırıb: “Sürücülər belə havada ehtiyat olmalı, avtonəqliyyat vasitələri qış rejiminə hazırlanmalıdır”.