Qəhvənin gizli tərəfləri: Kimlərə kofe içmək qəti qadağandır? - VİDEO

media-hightechnic-468x90

Bu gün dünyada gündəlik qida rasionunun ayrılmaz hissəsinə çevrilən qəhvə, bir çoxları üçün enerjinin əsas mənbəyidir. Lakin mütəxəssislər xəbərdarlıq edir: kofedən həddindən artıq və davamlı istifadə bir sıra sağlamlıq risklərini artırır.

Bu vacib suala cavab tapmaq üçün Yenicag.az-ın araşdırmasını təqdim edirik: Kofedən davamlı istifadə hansı fəsadlara səbəb ola bilər?

Araşdırmalar göstərir ki, gündə 3–4 fincandan artıq qəhvə qəbul etmək ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Belə ki, kofein ürək döyüntülərinin sürətlənməsinə, təzyiqin müvəqqəti yüksəlməsinə və həssas insanlarda aritmiya riskinə səbəb ola bilər. Həkimlər bildirir ki, xüsusilə hipertoniya və ürək ritmi pozuntusu olan şəxslər qəhvədən ehtiyatla istifadə etməlidir.

Digər bir təhlükə isə yuxu pozuntularıdır. Kofein sinir sistemini stimullaşdırdığı üçün günün ikinci yarısında qəbul edilən qəhvə yuxuya getməni çətinləşdirir, yuxunun keyfiyyətini aşağı salır və uzun müddətdə xroniki yorğunluğa gətirib çıxara bilər.

Mədə turşuluğunu artırması səbəbindən qəhvənin həddən artıq qəbulu qastrit və reflüks kimi problemləri də kəskinləşdirə bilər. Bundan əlavə, asılılıq riski də mövcuddur. Daimi istifadə edən insanlar kofeini azaltmağa çalışdıqda baş ağrısı, əsəbilik və diqqət dağınıqlığı kimi əlamətlərlə üzləşə bilirlər.

Mütəxəssislər tövsiyə edirlər ki, qəhvə gündə maksimum 2–3 fincanla məhdudlaşdırılmalı, xüsusilə axşam saatlarında qəbul edilməməlidir. Sağlamlıq üçün risk yaratmamaq üçün hər bir şəxs öz orqanizminin həssaslığını nəzərə almalıdır.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa