!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qars-Naxçıvan dəmir yolu xətti niyə bu qədər vacibdir? - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan üzərindən keçib, Şərqlə Qərbi birləşdirən bütün yollar ölkəmizin gələcəkdə nəhəng nəqliyyat habına çevrilməsinə böyük perspektivlər açır”.

Bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri A.Uraloğlunun yerli telekanallarının birinə Qars-Naxçıvan dəmiryolu layihəsiylə bağlı verdiyi müsahibəyə münasibət bildirən iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, Ermənistanda millətçilərin göstərdiyi basqılara baxmayaraq adıçəkilən ölkənin bundan başqa çıxış yolu qalmayıb.

“İllər öncə Qars-Naxçıvan dəmir yolu layihəsi ortaya çıxarılarkən Zəngəzur dəhlizi ilə bağlı məsələ çoxlarına bir xəyal kimi görünürdü. Lakin Azərbaycan və Türkiyə Prezidentləri bu reallıqların perspektivlərini vaxtından bir xeyli əvvəl dəyərləndirə bilmişdilər. Görünən budur ki, hələ 44 günlük ikinci Qarabağ savaşından öncə, Zəngəzur dəhlizinin yaxın gələcəkdə gerçəkliyə çevriləcəyinə uzaqgörən siyasi liderlər əmin olublar. Elə bu səbəbdən də 2020-ci ilin fevral ayının 26-da Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalandı.
Şərqlə Qərbi birləşdirən ən əlverişli orta quru yolunun fəaliyyətə başlaması regionda ciddi bir canlanmaya səbəb olacaq. Ermənistan rəhbərliyi bu reallığın tam fərqindədir və yaxşı başa düşür ki, Zəngəzur dəhlizi Ermənistan üçün olum-ölüm məsələsidir. Erməni millətçi qaraguruhunun daxildən və xaricdən göstərdikləri bütün basqılara baxmayaraq, onlar da yaxşı başa düşürlər ki, Ermənistan üçün başqa çıxış yolu yoxdur. Ya sülh müqaviləsi və Zəngəzur dəhlizi olacaq, ya da Ermənistanın bir dövlət kimi varlığı masa üzərinə çıxarılacaq (onsuz da vaxtılə Rusiyanın memarlığı ilə Azərbaycan torpaqlarında süni yolla yaradılmış qondarma bir dövlətdir).

Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra Qars-Naxçıvan dəmir yolunun nə qədər vacib bir layihə olduğunu hər kəs görəcək.
Azərbaycan üzərindən keçib, Şərqlə Qərbi birləşdirən bütün yollar ölkəmizin gələcəkdə nəhəng nəqliyyat habına çevrilməsinə böyük perspektivlər açır. Bu istiqamətdə Bakı-Tibilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizindən keçəcək və birbaşa Türkiyə ilə quru yolların əlaqəsini yaradacaq belə layihələrin əhəmiyyəti misilsizdir.

Bəzən bu layihələrin gerçəkliyini şübhə altına almağa çalışanlar fikirlərini ilk növbədə bu yollarla böyük həcmlərdə yüklərin daşınmasının mümkünsüzlüyü ilə əsaslandırmağa çalışırlar. Belələri başa düşmür ki, əsas olan yolun yük ötürmə qabiliyyətinin az və ya çox olması deyil, bu yolun mövcudluğudur.

Nəhayət, Şərqdən Qərbə və əksinə yüklərin quru yolla daşınmasında yüz milyard dollarla ölçülən maraqları olan tərəflər üçün mövcud yolların genişləndirilməsi, obrazlı desək, an məsələsi olacaq”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv