“Çünki pandemiya dövründə stoklanmış neftin bir hissəsi hələ də anbarlardadır”.
Bu fikirləri OPEC+ təşkilatının bu il neftə olan tələbatın artım tempnin gözləniləndən daha sürətli ola biləcəyinə dair proqnozunu dəyərləndirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.
Ekspertin fikrincə, dünya bazarında neftin bahalaşması Azərbaycanın iqtisadi inkişafı üçün əlverişli imkanlar yaradacaq:
“Yanvar ayında neft hasilatının azalması ilə bağlı OPEC+ ölkələri tərəfindən qərar qəbul edilmişdi. Xüsusilə, Səudiyyə Ərəbistanı neft hasilatının 1 milyon barrel azaldılması ilə bağlı bəyanat yaymışdı.
Lakin qarşıdakı aylarda neftə tələbatın artması gözlənilir. Bu fonda dünya bazarında neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatının inkişafına da müsbət təsir edəcək. Bu, ölkə büdcəsinə əlavə vəsaitlərin daxil olmasına şərait yaradacaq.
Həmin vəsaitlər yeni infrastruktur və sosial layihələrin miqyasının genişləndirilməsinə təkan verəcək. Neftin qiymətinin 60-65 dolları keçəcəyi proqnozlaşdırılmır. Çünki pandemiya dövründə stoklanmış neftin bir hissəsi hələ də anbarlardadır”.
Qeyd edək ki, OPEC+ təşkilatı müsbət proqnoza baxmayaraq, neft istehsal edən ölkələri erkən uğurlara aldanmamağa çağırıb.
Gülşən Şərif
www.yenicag.az