Qatar avtomobillə toqquşdu-Video
Dünən saat 20:00 radələrində Bakı-Böyük Kəsik dəmiryol xəttinin Şəmkir rayonu Sabirkənd kəndi ərazisindən keçən hissəsində qorunmayan keçiddə qatarla minik maşını toqquşub.
Hadisə avtomobilin yük qatarını gözləmədən keçidi keçməsi nəticəsində baş verib. Minik maşınında olan sərnişin 19 yaşlı Natiq Sadıqov ölüb, sürücü 29 yaşlı Namiq Tağıyev və digər sərnişin 19 yaşlı Elşad Heydərov isə isə ağır yaralanıb.
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (Region TV)