Qatar relsdən çıxdı, yaralılar var-Video

Hadisə yerli vaxtla saat 12 radələrində (Bakı vaxtı ilə 19 radələri) baş verib. Yerli “The Daily Herald of Roanoke Rapids” qəzeti xəbər verir ki, qatar Şarlott-Nyu-York reysi ilə hərəkət edirmiş
Hadisə yerindən çəkilən görüntülərdən belə aydın olur ki, azı bir vaqon relsdən çıxıb. Lakin polisdən bildiriblər kİ, relsdən çıxan vaqonların sayı azı 3-dür.
İnsident nəticəsində qatardakı sərnişinlər xəsarət alıb. Lakin onların sayı hələlik məlum deyil. Yük maşınının sürücüsünün vəziyyəti barədə məlumat yoxdur.
(musavat.com)