!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qayınana”nı pisləyən Şeyxə SƏRT İRAD: "Nəsibə Zeynalova sağ olanda niyə danışmırdınız?"

!Reklam – Yazi

Tanınmış rejissor, Xalq artisti Əbdül Mahmudbəyovun məşhur “Qayınana” filmi barədə efirdə söylədiyi “Azərbaycan ədəbiyyatına və əxlaqına xarakterik deyil, kimin anası, nənəsi elədir?” tənqidi fikirləri cəmiyyətdə və eləcə də sənət aləmində birmənalı qarşılanmayıb. Şeyx buna görə sərt tənqidlərə tuş gəlib.

Yenicag.az-a açıqlama verən tanınmış aktyor, Xalq artisti Rafiq Əzimov da həmkarının fikirlərinə münasibət bildirib.

Aktyor milli kinomuzun ən gözəl incilərindən olan “Qayınana” filmi barədə səsləndirilən bu fikirlərlə razılaşmayıb:

“Zövqlər müqayisə olunmaz deyiblər, hər kəsin öz fikri var. Amma “Qayınana” filmi Azərbaycan kinosunun ən gözəl incilərindən sayılır. Çox ibrətamiz filmdir. Nə qədər gəlin-qayınana bu filmə baxandan sonra özünə ibrət dərsi götürüb. Mən filmin ssenari müəllifi Məcid Şamxalovu yaxından tanıyan adam olmuşam, onun tək bu əsəri deyil, digər gözəl əsərləri də var ki, dəfələrlə xarici ölkələrdə tamaşaya qoyulub və uğur da qazanıb. Elə “Qayınana” filmi üçün Özbəkistandan gələn sifariş əsasında Azərbaycanın tanınmış rejissoru Əsər Əsgərov əsəri həmin ölkədə səhnələşdirib. Olmaz belə mənfi fiikrlər səsləndirmək. Belə fikirlər həmin filmin yaradıcı heyətinin ruhuna hörmətsizlikdir. Hüseyn Seyidzadə kimi dahi rejissorun ərsəyə gətirdiyi, Nəsibə Zeynalova kimi unudulmaz aktrisanın baş rol aldığı həmin film şedevrlərimizdəndir. Hələ indiyə qədər bir kəlmə o film barədə mənfi fikir səsləndirilməyib. Başa düşə bilmirəm, o filmdə əxlaqi dəyərlərimizə zidd olan hansı kadr var? Niyə Nəsibə Zeynalova, Məcid Şamxalov, Hüseyn Seyidzadə sağ olanda film barədə bir kəlmə də olsun mənfi fikir söyləmirdiniz, amma indi o insanlar dünyasını dəyişib, tənqid edirsiz? Olmaz belə”.

Cəvahir

COP29

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv