!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qayınata kürəkəninin başını əzdi - Gəncədə

!Reklam – Yazi

Gəncədə döyülmə hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Tural Şirzad oğlu Quliyev qayınatası tərəfindən döyülüb. Nəticədə o, xəsarət alıb. T. Quliyev yaxınlarının köməyi ilə başının çapılmış və əzilmiş diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib.

Qayınatayla kürəkən arasında yaranmış mübahisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

3592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv