”“Qaynanalıq” etməyən qaynana”

media-hightechnic-468x90

sssdfgh“O…” rubrikasının növbəti qonağı tanınmış şoumen, teleaparıcı Murad Dadaşovdur.

Rubrikada suallarımızla “O…”nun həyata baxışına, dünya görüşünə, təfəkkürünə, seçimlərinə işıq tutmağa çalışacağıq.

– Sevgi, ya qarşılıqlı hörmət?

– Yalnız böyük sevgi qarşılıqlı hörmətə gətirir!

– Subaylıq, ya evlilik?

– Əksər vaxtlar evlilik. Amma hərdən subaylıq hissi.

– 1 uşaq, ya çox uşaq?

– Tərbiyə edə biləcək qədər uşaq.

– Qaynana, ya gəlin?

– “Qaynanalıq” etməyən qaynana, “gəlinlik” etməyən gəlin.

– Tək arvadlılıq, yoxsa çoxarvadlılıq?

– Tək arvadlılıq. Bimənalı!

– Evdə qadının, ya kişinin sözü?

– Ümumi maraqlara xidmət edəcək qərar. Adətən kişi tərəfdən olduğu üçün kişi sözü.

– Muğam ya pop?

– Baxır əhval-ruhiyyəyə

– Qadın, yoxsa kişi sürücü?

– Birmənalı olaraq kişi sürücü!

– Evdə, yoxsa restoranda romantik yemək?

– Yalnız restoranda.

– Qışda, yoxsa yayda tətil?

– Hər ikisində, bir də yazla payızda.

– Kənd, ya şəhər?

– Şəhər!

– “Bakılı oğlanlar”, yoxsa “Planet parni iz Baku”?

– KVN.

– Gəncə, yoxsa Bakı?

– Qarabağ!

– Şoumen, yoxsa aktyor?

– Şoumen!

– Xəngəl, yoxsa xaş?

– Xəngəl!

– “Mərc şou”, yoxsa “Maşın şou”?

– Yeni şou.

– “Kəpəz”, yoxsa “Neftçi”?

– “Real Madrid”.

– Yeni il, yoxsa Novruz bayramı?

– Yeni il!

– 14 fevral, yoxsa 30 iyun?

– Əsl sevənlər üçün ilin 365 günü.

– 26 iyun, yoxsa 8 mart?

– Heç biri!

– Bişirmək, ya yemək?

– Hər ikisi!

– Pəhriz ya nə gəldi yemək?

– Mədəni yox, ağlı qoşub yemək.

– Bağışlamaq, yoxsa nifrət?

– Dəyər verəni bağışlamaq, digərlərinə qisas!

– Sizin qayğınız, yoxsa sizə qayğı?

– Hər ikisi!

– Hədiyyə, yoxsa, bir söz yetər?

– Hədiyyə!

– Kitab, ya jurnal?

– İndiki zəmanədə jurnal.

– Film, yoxsa serial?

– Film.

– Teatr, ya kinoteatr?

– Tək olanda teatr, ailəvi kinoteatr!

– Sonda olum, ya ölüm?

– Olum! Yalnız olum!!!(ailəm.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600