!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazax RİH başçısının birinci müavini övladına toy edib? - İH-dən AÇIQLAMA

!Reklam – Yazi

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyevin karantin rejiminə əməl etməyərək oğluna toy etməsi barədə xəbər yayılıb.

Yenicag.az xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, icra başçısının müavininin karantin qaydalarına zidd olaraq, övladına toy mərasimi keçirməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Qazaxda da xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə birmənalı şəkildə ciddi əməl olunur, vətəndaşlarla mütəmadi olaraq izahedici söhbətlər aparılır.

İddia edilən məsələyə gəldikdə isə bildirmək istəyirik ki, Qazax rayonu ərazisində nə toy mərasimi, nə də ki, hər hansı məclis təşkil edilməyib.

Xatırladaq ki, karantin rejimindən irəli gələn mövcud qaydalara görə toy etmək qadağan edilsə də, rəsmi nikaha girməklə ailə qurmaq yasaq deyil. Elə yazıda adı çəkilən cütlük də toy mərasimi təşkil etmədən, məhz rəsmi nikahla ailə qurub.

Heç bir konkret fakta əsaslanmayan bu qərəzli məlumatın paylaşılması isə rayonda görülən işlərə kölgə salmaqdan başqa bir məqsəd daşımır.

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv