Qazax sakinindən narkotik və silah götürüldü

media-hightechnic-468x90

73066Qazax sakininin avtomobilində narkotik maddə aşkar edilib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, əməliyyat Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Ceyhun Vəliyevdən 7,37 qram marixuana götürülüb.

Ona məxsus VAZ-2107 markalı avtomobilə baxış zamanı isə əlavə olaraq 8,1 kq marixuana aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı Ceyhun Vəliyevin əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Bundan başqa, Gəncə sakinindən silah və patron götürülüb. Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Babayevin evindən nömrəsi oxunmayan baraban tipli tapança və 2 ədəd patron götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600