2019-cu il 10 Sentyabr tarixində saat 12:09-da Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Daşsalahlı və Kəmərli kəndləri ərazisində əl qumbrasının, alışdırıcının və mərminin tapılması barədə məlumat daxil olub.
Bu barədə Yenicag.az-a ANAMA-dan məlumat verilib.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş kəndlərin ərazisində otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Daşsalahı kəndi ərazisində 1 ədəd F-1 əl qumbarası və tərkibində heç bir partlayıcı maddə olmayan MVÇ-62 partladıcısı, Kəmərli kəndi ərazisindən isə 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 1 200 kv.m əraziyə yerüstü, 250 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
www.yenicag.az