Qazaxıstan Azərbaycana transformator ixrac edəcək
Qazaxıstanın Ural transformator zavodu öz məhsullarını Azərbaycana ixrac etməyi planlaşdırır.
Bu barədə zavodun baş direktoru Serqazı Kuntuarov məlumat verib.
O bildirib ki, zavod bu ilin yaz aylarında silsilə məhsulların istehsalına başlayacaq və transformatorların 80%-ə qədəri ölkə xaricinə ixrac olunacaq.
“Transformatorları Ukrayna, Əfqanıstan, Türkmənistan, Qırğızıstan və Azərbaycana ixrac etməyi planlaşdırırıq”, – deyə o bildirib.
Ural transformator zavodu 2014-cü ilin sonlarında istifadəyə verilib(report).