Qazaxıstanda Referendum ANONSU: Sabah Davosda nələr olacaq? - VİDEO

media-hightechnic-468x90

“Qazaxıstanda islahatlar çərçivəsində konstitusiyada geniş dəyişikliklərin edilməsi planlaşdırılır”.

Yenicag.az xəbər verir ki, bunu “TRT Avaz”ın Astana müxbiri Nurqali Cusipbay deyib.

O, Qazaxıstan Prezident Aparatı “Akorda”nın gündəmi ilə bağlı mövcud prosesləri şərh edib.

N. Cusipbay bildirib ki, Qazaxıstanda yeni Konstitusiya Komissiyası yaradılır, bununla bağlı vacib açıqlamalar var.

“Digər tərəfdən, sabah Prezident Kasım-Jomart Tokayev Davosa işgüzar səfər edəcək. Tokayevin açıqlamalarına görə, yeni komissiya 100-dən çox mütəxəssisdən ibarət olacaq. Komissiya parlament islahatları çərçivəsində konstitusiyada ediləcək dəyişikliklərlə bağlı təklifləri nəzərdən keçirəcək.

Məlum olduğu kimi, Qazaxıstanda islahatlar çərçivəsində konstitusiyada geniş dəyişikliklərin edilməsi planlaşdırılır. Komissiya tərəfindən irəli sürülən təkliflərin araşdırılmasından sonra referendum tarixi açıqlanacaq. Bu da Qazaxıstan üçün çox mühüm hadisədir. Yeni konstitusiyanın preambulasında milli dəyərlər və “Ədalətli Qazaxıstan” hədəfi vurğulanacaq.

Tokayev ötən günlərdə Qızılorda şəhərində keçirilən Milli Qurultayda konstitusiyaya sonuncu dəfə 2022-ci ildə dəyişiklik edildiyini, lakin bunun islahatları həyata keçirmək üçün kifayət etmədiyini bildirmişdi. Bu məqsədlə parlament islahatları çərçivəsində konstitusiyaya daha geniş dəyişikliklərin ediləcəyini birbaşa Prezident Tokayev özü elan etmişdi.

Digər tərəfdən, Prezident Tokayev sabah ABŞ Prezidenti Donald Trampın dəvəti ilə “Qəzza Sülh Şurası” nizamnaməsinin imzalanma mərasimində iştirak etmək üçün Davosa gedəcək. Bu məlumat Akorda tərəfindən paylaşıldı. Tokayev Trampa məktub göndərərək şuraya qurucu üzv kimi qatılacağını və Qazaxıstanın Yaxın Şərqdə qalıcı sülhün bərqərar olmasına töhfə verməyə hazır olduğunu təsdiqlədi”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa