Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qazaxıstandan Azərbaycana təklif - Türk ölkələri üçün vahid viza tətbiqi

Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstana turistlər üçün nəzərdə tutulmuş “İpək yolu” vizasının tətbiq olunmasına çağırıb.

Yenicag.az-ın məlumatına görə, Qazaxıstan və Özbəkistan artıq bu cür razılaşma əldə edib.

Bu rejim İpək yolu turizm marşrutu ilə hərəkət edən turistlərə Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq.

Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstan arasında multivizanın “Müasir İpək yolu” layihəsi çərçivəsində tətbiq edilməsi təklif olunur. Hazırda Türk Şurasına daxil olan ölkələr bu turizm məhsulu ilə bağlı təklifləri nəzərdən keçirir.

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı “İpək yolu” vizasının Şengen vizasının analoqu ola biləcəyini deyib. O, bu viza ilə bağlı təkliflərin sentyabrın 3-ü Qırğızıstanda keçiriləcək Türk Şurası dövlət başçılarının sammitində müzakirə olunacağını bildirib./Trend/

www.yenicag.az

724
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS