Qazaxıstanın xarici işlər naziri Azərbaycana gələcək

media-hightechnic-468x90

Sabah Şuşa şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasında Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu iştirak edəcək.

Yenicag.az xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ İƏT dövlət başçılarının 2023-cü ilin noyabrında Özbəkistanın Daşkənd şəhərində keçirilməsi planlaşdırılan 16-cı Zirvə Görüşünə hazırlıq olacaq.

İclasda tərəflər İƏT üzv dövlətləri arasında ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika sahələrində əməkdaşlığın inkişaf yollarını, eləcə də, regional və beynəlxalq gündəmdə duran məsələləri müzakirə edəcəklər.

 

media-ziraat-728x90

Qazaxıstanın xarici işlər naziri Azərbaycana gələcək

media-hightechnic-468x90

kjkjj2014-cü ildə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisovun Azərbaycana səfəri planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə azərbaycanlı jurnalistlərə müsahibəsində Qazaxıstan XİN-in MDB departamenti direktorunun müavini Kadır Kasabulatov bildirib.
Onun sözlərinə görə, hələlik səfərin tarixinin dəqiqləşdirilməsi üzərində iş gedir.

Kasabulatov qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələrin inkişafına təkan verən yüksək səviyyədə görüşlər müntəzəm olaraq keçirilir: “Dövlətlərimizin rəhbərləri həm ikitərəfli formatda, həm də çoxtərəfli görüşlər çərçivəsində çox tez-tez görüşlər”.

XİN nümayəndəsinin sözlərinə görə, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əlaqələr çox dinamik inkişaf edir: “Bizim bir çox regional və beynəlxalq məsələlər üzrə mövqelərimiz çox yaxındır. Biz həm ikitərəfli formatda, həm də çoxtərəfli əsasda BMT, ATƏT, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA, TÜRKSOY kimi beynəlxalq və regional təşkilatlarda fəaliyyət göstəririk”.

Kasabulatovun sözlərinə görə, Qazaxıstan 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə, eləcə də EXPO-2017 beynəlxalq sərgisinin keçirilməsinə namizədliyini dəstəklədiyinə görə Azərbaycana minnətdardır: “Hesab edirəm ki, Azərbaycanın bu sərgidə iştirakı ikitərəfli investisiya və iqtisadi əməkdaşlığın inkişafının rəhni olacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600