Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Qazini çörəklə imtahana çəkirlər - Vəziyyəti acınacaqlıdır - FOTOLAR

İlqar Tahir oğlu Nəsirov 1967-ci il aprelin 14-də Tovuz rayonunun Böyükqışlaq kəndində anadan olub. Hazırda rayonun Nizami küçəsi 6, mənzil 14-də məskunlaşıb.

Yenicag.az xəbər verir ki, iki övlad sahibi olan İlqarı Bakıda işlədiyi müddətdə maşın vurub. İ. Nəsirov ağır bədən xəsarətləri ilə Əhmədlidə yerləşən Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilərək, ağır açıq-beyin əməliyyatı keçirib. Bundan sonra nəfəs çatışmazlığı yarandığından İlqar boğaz nahiyəsindən yenidən əməliyyat olunub.

Bununla belə vəziyyəti yaxşılaşmayan İ. Nəsirov bir ay sonra Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Burada açıq nəfəs borusu əməliyyatı keçirib. Bu əməliyyatdan 6 ay sonra pensiya düzəltmək üçün Tovuz rayon mərkəzi xəstəxanasına gedib. Lakin xəstəxana rəhbərliyi və komissiya üzvləri bildiriblər ki, ona nəinki pensiya, heç sosial müavinət də düşmür. Həmçinin deyiblər ki, Səhiyyə nazirliyinin qərarına əsasən, pensiya yalnız əlil arabasında olanlara verilir. Şikayətçi Nəsirov iş və danışıq qabiliyyətini tamamilə itirib. Sağ qolunu və sol ayağını da hiss etmir. Maddi vəziyyəti çox ağır olan İlqarın ailəsi daha bir sınaqla üzləşib. Böyük Qışlaq kəndindəki orta məktəbdə dərs deyən həyat yoldaşı Bəturə Əliyeva işdən çıxarılıb. Məsələ ilə bağlı Tovuz rayon mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradovla əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi. Şikayətçinin iddiasina görə, onu yavan çörəyə möhtac qoyan komissiya üzvləri – Zahid Ələsgərov və İsrail Yüzbaşıyevdir.

Qeyd edək ki, 1990-1994-cü illərdə ermənilərin Tovuz rayonuna təcavüzü zamanı, yaşadığı rayonu layiqincə müdafiə edən qəhrəmanlardan biridir.

Nihat Cəbrayıl

www.yenicag.az

2157
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM