Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Qazprom”un qürubu “Türk axını”nı dayandıracaq? - Türkiyəli ekspertin şərhi

Rusiyanın enerji nəhəngi olan “Qazprom” şirkəti dünya reytinqində 1-ci yerdən 17-ci pilləyə yuvarlanıb.

Yenicag.ru-nun məlumatına görə, dünya üzrə enerji şirkətlərinin reytinqini müəyyənləşdirən “S&P Global Platts” qurumu iqtisadi göstəriciləri kəskin pisləşən “Qazprom”u 16 pillə “geriyə atıb”.

Türkiyənin Enerji Strategiyası və Siyasəti Araşdırma Mərkəzinin (TESPAM) direktoru Oğunhan Akyener Yenicag.ru-ya açıqlamasında “Qazprom”un müflisləşməsinin bu şirkətin Türkiyədəki yatırımlarına mümkün təsirini dəyərləndirib.

Oğuzhan Akyenerin sözlərinə görə, “Qazprom” dünya reytinqində mövqelərini əldən versə də, şirkətin səhmləri bahalaşmaqdadır:
“Fond birjaları üzrə məlumatların analizi zamanı görürük ki, “Qazprom” səhmlərinin satışında artım qeydə alınıb. Eyni zamanda, təbii qazın satış qiymətində də artım müşahidə edilməkdədir. Bu isə o deməkdir ki, rublun dollar qarşısında dəyər itirməsini nəzərə almasaq, bu gedişat “Qazprom”un lehinədir. Yəni “Qazprom”un müflisləşəcəyinə dair fikirlər əsassızdır.

Nəzərə alınmalıdır ki, “Qazprom”un dünya reytinqində 1-ci yerdən 17-ci yerə yuvarlanması sırf rublun ucuzlaşması ilə əlaqədardır. “Qazprom” nə qədər böyük şirkət olursa-olsun, reytinq sıralaması müntəzəm olaraq dəyişir və bu, təbii prosesdir. Bundan başqa, unutmaq olmaz ki, siyasi qərarlar və bu çərçivədə baş verən kataklizmlər də birja katirovkalarının dəyişməsinə səbəb olur”.

Akyener hesab edir ki, reytinq mövqeyinin dəyişməsinə baxmayaraq, “Qazprom”un Türkiyədəki yatırımları üçün narahat olmağa dəyməz:

“Yuxarıda da qeyd etdim ki, “Qazprom” müflisləşməyib və onun Rusiya büdcəsinə köçürmələri də azalmayıb. Düzdür, Kreml rublun devalvasiyaya uğraması səbəbindən böyük şirkətlərin vergi yükünü artırmağı düşünür və bu da Rusiyada biznes mühitinə mənfi təsir göstərərək, “Qazprom”un xərclərinin artmasına gətirib çıxarır.

Ancaq bu vəziyyət “Qazprom”un Türkiyədə həyata keçirdiyi layihələrin dayandırılması ilə nəticələnməyəcək. Digər tərəfdən, Türkiyənin maliyyə bazarında da bir müddət əvvəl lirənin ucuzlaşmasına səbəb olan ciddi silkələnmələr baş vermişdi. Ancaq hökumət xalqın dəstəyi ilə vəziyyəti sabitləşdirməyi bacardı”.

www.yenicag.az

3315
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM