“Qəbələ” komandası avrokuboklara vəsiqəni təmin edib.
Yenicag.az xəbər verir ki, bölgə təmsilçisi Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə “Keşlə” ilə 1:1 hesablı heç-heçədən sonra xalını 46-ya çatdırıb. Bu isə “Qəbələ”nin mövsümü ən pis halda 3-cü sırada başa vuracağı deməkdir. Bu da Avropa Liqasına vəsiqə üçün yetərlidir.
26-cı turun sabah baş tutacaq son matçında “Neftçi” “Qarabağ”ı məğlub edə bilməsə, “Qəbələ” gümüş medalı da təmin edəcək.
Xatırladaq ki, daha öncə Azərbaycan çempionu adını qazanan “Qarabağ” da avrokuboklara vəsiqəni təmin etmişdi. Ağdam klubu ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.