!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” daha bir futbolçu ilə vidalaşdı

!Reklam – Yazi

“Qəbələ” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Yenicag.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub Rafael Utziqlə vidalaşıb. Cənubi amerikalı legionerin müqaviləsinin müddəti başa çatıb.

2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, keçirdiyi oyunlarda 18 qol vurub.

Xatırladaq ki, “Qəbələ” daha əvvəl müdafiəçi Ruan Renato və yarımmüdafiəçi İsnik Alimi ilə də yollarını ayırıb.

 

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv