"Qəbələ" - "Şamaxı" matçı - Qalib komanda məlum oldu

media-hightechnic-468x90
Futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci turun daha bir oyunu baş tutub.

Yenicag.az xəbər verir ki, Qəbələ şəhər stadionunda “Qəbələ” komandası ilə “Şamaxı” qarşılaşıb. Meydan sahibləri görüşdə 3:1 hesablı qələbə qazanıblar.

İlk qolu matçın 8-ci dəqiqəsində “qırmızı-qaralar”dan Rövlan Muradov vurub. İki dəqiqə sonra Murad Musayev fərqi artırıb. Oyunun 20-ci dəqiqəsində isə Felipe Santos 3-cü topu rəqib qapısından keçirib. Qonaq komandanın yeganə qolunu isə 56-cı dəqiqədə Amil Yunanov vurub.

Bununla da, ardıcıl ikinci qələbəsini əldə edən “Qəbələ” xallarının sayını 6-ya çatdırmaqla ikinci pilləyə yüksəlib. “Şamaxı” isə 8-ci yerdə qərarlaşıb.

Turun son matçında “Neftçi” komandası bu gün evdə “Kəpəz”lə oynayır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600