“Qəbələ” və “İnter”-in rəqibləri bəlli oldu

media-hightechnic-468x90

img1823701Avropa Liqasının I təsnifat mərhələsini uğurla adlayan “İnter” və “Qəbələ” klublarının növbəti mərhələdəki rəqibləri bu gecə müəyyənləşib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, “Qəbələ” Serbiya, “İnter” isə İslandiya təmsilçisi ilə qarşılaşacaq.

Artıq “Qəbələ”nin rəqibi bəlli olub. Sloveniyada baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gələn “Çukariçki” klubu cavab görüşündə rəqibi ilə 0:0 bərabərə qalıb. Bu nəticə Serbiya klubunu növbəti mərhələyə yüksəldib. Bu isə o deməkdir ki, “Qəbələ” ikinci təsnifat mərhələsində məhz “Çukariçki” klubu ilə qarşılaşacaq.

Finlandiyada keçirilən ilk oyunda da qonaq komanda – “Hafnarfyordur” minimal hesablı qələbə qazanıb – 1:0. İslandiyada keçirilən cavab matçında eyni hesabla qalib gələn “Hafnarfyordur” klubu ikinci təsnifat mərhələsində “İnter”ə rəqib olub.

Qeyd edək ki, “İnter” I təsnifat mərhələsində Albaniyanın “Laçi”, “Qəbələ” isə Gürcüstanın “Dinamo” klubunu mübarizədən kənarlaşdırıb. Digər təmsilçimiz “Neftçi” isə “Mladost” səddini keçə bilməyib və Avropa Liqasında mübarizəni dayandırıb.

23:00. “Çukariçki” (Serbiya) – “Domjale” (Sloveniya) – 0:0
(İlk oyun – 1:0)

00:15. “Hafnarfyordur” (İslandiya) – SJK (Finlandiya) – 1:0
Qol: Finboqason, 90+1 (1:0)
(İlk oyun – 1:0) (azvision.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05