Qəbələdə atla dərəyə yıxılan çoban xilas edildi

media-hightechnic-468x90

Qəbələnin Laza kəndində çoban qayalıq ərazidən atla keçən zaman ehtiyatsızlıqdan dərəyə yıxılıb.

Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzindən Yenicag.az-a bildirilib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə xilasedicilər cəlb olunub.

FHN-in xilasetmə qrupu çobanın yıxıldığı yeri müəyyən etdikdən sonra həmin şəxsi qayalıq ərazidən götürərək, Təcili Tibbi Yardım briqadasının əməkdaşlarına təhvil veriblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan çoban Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa