Sosial şəbəkədə Qəbələ rayonunda yerləşən Nohurgölün daşması ilə bağlı görüntü yayılıb.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, videodan aydın olur ki, göl daşaraq yaxınlıqdakı istirahət zonasını basıb.
Uşaq əyləncə yerləri, attraksionlar, oturacaqlar tamamilə suyun altında qalıb.
Hadisə ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Başçının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arif Allahverdiyev bildirib ki, artıq sular çəkilib və ərazidə heç bir problem yoxdur: “Həmin hadisə bir neçə gün əvvəl baş verib. Qəbələdə günlərdir ardıcıl intensiv yağışlar yağırdı. Nəticədə dağ suları gölə yığılmışdı. Lakin gölün su tutumu 17 milyon kub metrdir. Gölə yığılan su isə 14 milyon kub metri keçməmişdi. Hazırda problem aradan qaldırılıb, bütün sular çəkilib.
www.yenicag.az