“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşdi

media-hightechnic-468x90

“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Yenicag.az xəbər verir ki, XVIII turun dekabrın 22-də keçirilən “Sabah”la oyunundan (1:0) sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2024-cü il yanvarın 4-də Qəbələdə bir araya gələcəklər.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı müddətində iki yoxlama oyununda gücünü sınayacaq. “Qəbələ” yanvarın 10-da “Kəpəz”, 15-də isə “Qəbələ-2” ilə qarşılaşacaq.

Hər iki oyun Qəbələdə baş tutacaq. Matçların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə start veriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600