Qəbul imtahanlarının nəticələri elan olundu

media-hightechnic-468x90

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I və VIII siniflərə qəbul imtahanlarının nəticələri elan olunub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə tanış ola bilərlər.

İmtahan nəticəsindən narazı olan namizədlər 16-18 iyul tarixlərində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərə 10 iş günü ərzində baxılacaq.

Qeyd edək ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra “MyCulture” şəxsi kabineti üzərindən aparılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600