!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbul imtahanlarının nəticələrinə MÜDAXİLƏ ƏNGƏLİ: “Nöqsanların aradan qaldırılması üçün...” - Elçin Əfəndi

!Reklam – Yazi

“Mərkəzləşmiş qəbul sistemi kasıb ailələrin övladlarının da təhsil almasına imkan yaradıb”.

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, mərkəzləşmiş qəbul sisteminədək qohumbazlıq və korrupsiya tüğyan edirdi. Belə ki, insan faktorunun təsirini minimuma endirən, avtomatlaşdırılmış şəffaf qiymətləndirmə və seçmə sistemi qeyd olunan neqativ halları tamamilə ortadan qaldırıb.

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ali və orta təhsil müəssisələrinə test üsulu ilə qəbul prosesi başlayana qədər təhsil sahəsində hərc-mərclik daha çox idi:

“Düzdür, indiki dövrdə də bu hal mövcuddur, amma əvvəlki səviyyədə deyil. 1993-94-cü illərdən 2000-ci ilə kimi bəzi neqativ hallar mövcud olub. Hansı ki, korrupsiya və rüşvətxorluq yolları ilə ali təhsil müəssisəsinə qəbul olmaq, balın pulla qaldırılması kimi hallar vardı.

Son dövrlər bu problemlərin tamamilə aradan qaldırıldığı müşahidə edilir. İmtahanlar obyektiv şəkildə keçirilir, imtahan nəticələrinə müdaxilə edilmir və ən əsası, insan əməyi azaldılıb. Artıq şagirdlərin, abituriyentlərin və imtahan verən hər kəsin nəticələri müasir texnoloji avadanlıqlarla yoxlanılır. Ona görə də demək olar ki, qeyri-şəffaf rejim arxada qalıb.

Hazırda qəbul imtahanının nəticələrinə müdaxilə etmək mümkün deyil. Loru dildə desək, kasıb ailələrin də övladlarının təhsil alması üçün tam ideal şərait yaradılıb. Əvvəllər yalnız imkanlı ailələrin övladları müəyyən rüşvət qarşılığında oxudulurdu”.

Elçin Əfəndi hesab edir ki, mərkəzləşmiş qəbul sistemində bəzi nöqsanlar hələ də qalmaqdadır:

“Bu nöqsanlara bəzən imtahanlarda nəzarətçinin imtahan verən şəxsə kömək etməyə çalışması və ya imtahan qaydalarını pozmağa cəhd göstərən şagirdlərə, tələbələrə qarşı ciddi addımların atılmaması daxildir.

Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin bəzi metodist müəllimləri daha çox öz fənninin təbliğatına yönəlik fikirlər səsləndirirlər. Bu neqativ hallar DİM-in gördüyü müsbət işlərə kölgə salmasa da, müəyyən mənfilik yaradır. Yəqin ki, DİM yaxın zamanlarda bu neqativ halların da qarşısını almaq üçün müvafiq addımlar atacaq”.

Gülşən Şərif

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv