!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb Ermənistandan üz döndərir? – Paşinyanın referendum BƏYANATI

!Reklam – Yazi

“Ermənistanın Qərbyönümlü siyasəti Rusiyada narazılıq yaradır”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olması üçün referendum keçirilməsinin məqsədəuyğun olmadığı ilə bağlı səsləndirdiyi bəyanatı şərh edən politoloq Qafar Çaxmaqlı deyib.

Onun sözlərinə görə, İrəvan yürütdüyü xarici siyasətdə əsas hədəf kimi Qərbə istiqamətlənib.

“Ermənistanın Qərbyönümlü siyasəti isə təbii olaraq, Rusiyada narazılıq yaradır. Bu ölkənin Qərbə yönəlik siyasəti birmənalı olaraq Rusiyanın Cənubi Qafqazdakı maraqlarına ziddir. Nəticədə istər daxildəki Rusiyayönümlü şəxslər, istərsə də bir sıra rıçaqlar vasitəsilə Ermənistana təzyiqlər edilir.

İndiki dövrdə Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilməsi məqsədəuyğun deyil. Yəni Paşinyanın bəyanatında həqiqət var. Bunu Qərbin Ermənistandan üz döndərməsi kimi qiymətləndirmək olmaz. Sadəcə etiraz, aksiyaları fonunda baş verən son proseslər nəzərə alındıqda referendum keçirilməsi hakimiyyətə sərf etmir. Buna səbəb isə mövcud olan bir sıra qüvvələrin prosesləri qarışdırmaq potensialına sahib olmasıdır”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv