!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbdən Kiyevə barışıq TƏKLİFİ: “Bu, müharibənin gələcəyinə damğa vuracaq”

!Reklam – Yazi

 

“Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində müxtəlif versiyalar getdikcə güclənir. Qərb mətbuatının yazdığına görə bu və ya digər formada Ukraynanın arxasında duran qüvvələr Kiyevi döyüşlərin başa çatması müqabilində reallıqları qəbul etməsi faktı ilə barışdırmağa çalışırlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Siyasi təhlilçi Ukraynanın müharibənin dayandırılması ilə bağlı mövqelərini yumşaltması haqqında Qərb mətbuatının yaydığı informasiyalara münasibət bildirib.

İ.Hüseynovun sözlərinə görə, hazırda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar öz effektivliyini vermir, Ukraynaya tədarük olunan silahlar isə çox böyük həcmdə deyil ki, Kiyev özünün hərbi hədəflərini yerinə yetirsin, torpaqlarını azad edib ərazidə suverenliyini bərpa etsin:

“Digər tərəfdən, Rusiya müxtəlif vasitələr və üsullar formalaşdırır ki, müharibədə çətinlik yaranmasın. Eləcə də Moskva öz iqtisadiyyatını tam şəkildə müharibə iqtisadiyyatına çevirmiş durumdadır. Bu isə vəziyyəti bir qədər də qəlizləşdirir.

Çox geniş yayılan fikirlər bundan ibarətdir ki, Rusiya bu və ya digər formada burada nüvə dövləti olaraq məğlub olmayacaq. İstənilən halda, bütün proseslər həm də ABŞ-də baş tutacaq seçkilər nəticəsində daha da dəqiqləşəcək. Çünki demokratların hakimiyyətdə qalması, yaxud respublikaçıların hakimiyyətə gəlməsi müharibənin gələcək inkişafına təsir göstərəcək”.

Onun fikrincə, qışın yaxınlaşması həm də Kiyevə silah tədarükünün hansı formada olması suallarını ortaya çıxarır:

“Məlumdur ki, Rusiya ənənəvi olaraq qış aylarında daha çox döyüş meydanında aktivlik nümayiş etdirir ki, biz bunu ötən illərdə görmüşük. Lakin əsas sual bundan ibarətdir ki, qışa qədər müharibə davam edəcəkmi? Çünki əsas hərbi-siyasi gedişlər indiki aralıq və həssas dövrə görə hesablanıb. Seçkidən sonra hakimiyyətin əl dəyişməsi, yaxud köhnə yeni hakimiyyətin ABŞ-də qalması həm də müharibənin gələcək dövrünə öz damğasını vuracaq”.

Xatırladaq ki, nüfuzlu “Bloomberg” nəşrinin yazdığına görə, Ukraynanın müttəfiqləri hesab edir ki, prezident Volodimir Zelenski müharibənin dayandırılması şərtləri ilə bağlı mövqeyini yumşalda bilər. Agentliyin həmsöhbətlərinin fikrincə, Ukrayna prezidenti açıq şəkildə “sülh formulu”nun dəyişməzliyində israr etməkdə davam etsə də, qışın yaxınlığı və Qərbin dəstəyinin zəifləməsi Kiyevi vəziyyəti həll etmək üçün variantlar axtarmağa vadar edir. Qəzetin analitiklərinin fikrincə, Ukrayna rəsmiləri etiraf etməyə hazırdırlar ki, müharibədə son başlamalıdır.

Rafi Müslümov

COP29

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv