!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu keçiriləcək

!Reklam – Yazi

Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu keçiriləcək.

Yenicag.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Rumıniyanın aparıcı beyin mərkəzlərindən olan “ION CONEA” Geopolitika Asossasiyasının rəsmi tərəfdaşlığı və Avropanın nifuzlu siyasi nəşrlərindən olan “Geopolitica” jurnalının informasiya dəstəyi ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində Qərbi Azərbaycana qayıdışa həsr olunan “Azərbaycan Cənubi Qafqazda qlobal təhlükəsizliyin qarantıdır” adlı Buxarest Forumu keçiriləcək.

İyun ayının 12-də Buxarest şəhərində təşkil olunacaq foruma Azərbaycan və Rumıniyanın dövlət adamları, millət vəkilləri, elm və ictimaiyyət xadimləri qatılacaqlar.

Rəsmi açılış və bir paneldən ibarət olan forumda Qərbi Azərbaycana qayıdışın Avropa Yansıması, Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlmiş mövcud strategiya və mexanizmlər mövzuları müzakirə olunacaq.
Sammit sonunda beynəlxalq ictimaiyyətə çağırış ediləcək və Buxarest forumunun yekunlarına dair bəyanat səsləndiriləcək.

www.yenicag.az

121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv