“Qərbi Azərbaycandan vaz keçməməliyik” – Yeni dünya nizamında NÖVBƏTİ MƏRHƏLƏ

media-hightechnic-468x90

“Qərbi Azərbaycandakı torpaqlarla bağlı iddiadan bir addım geri çəkilməməliyik”.

Bu sözləri Rusiyanın Cənubi Qafqaza artan təzyiqi və Azərbaycan tərəfinin atmalı olduğu addımları Yenicag.az-a dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.

media-elshad_musayev_in_2024

O, bildirib ki, Rusiyanın qarşısından geri çəkilmək olmaz:

“Rusiyanın Cənubi Qafqaz ölkələrini təzyiq altında saxlamaq siyasəti yeni deyil. Münasibətlər yumşaq olan vaxt da deyirdik ki, Rusiyanın dövlətçilik siyasəti ətraf ölkələri yeri gəlsə işğal, yeri gəlsə də, təzyiq altında saxlamaqdır. Bu siyasət dəyişməyib, yeni dünya nizamı qurulur, hər kəs kartları açıq oynamaq məcburiyyətindədir. Rusiya da öz istək və niyyətini açıq nümayiş etdirir. Bu təkcə Rusiyadan yox, əks cəbhədən də asılıdır. Azərbaycan əvvəlki dönəmdən fərqli vəziyyətdədir. Türkiyə ilə Şuşa bəyannaməsi imzalamışıq, ona görə də Rusiyanın Azərbaycan keçməsi asan deyil”.

E. Musayevə görə, Azərbaycandan da çox şey asılıdır:

“Həm hərbi, həm iqtisadi, həm də insanlarımızın sosial vəziyyəti də yaxşı olmalıdır ki, dövlətə, dövlətçiliyə xidmət edənlərimiz çox olsun. Agentura şəbəkələrinə qarşı ciddi mübarizə aparılmalıdır. Ermənistan və Gürcüstana gəldikdə isə Ermənistanın çıxış yolu Azərbaycan və Türkiyə ilə ortaq məxrəcə gəlməkdir. Əks halda, Ermənistan ayaq altında qalıb tapdalanacaq”.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti son vaxtlar Rusiyaya qarşı loyal siyasət həyata keçirir ki, ruslar onları birdəfəlik məhv etməsin:

“Ona görə bölgə ölkələrinin, xüsusilə Türkiyənin təsirindən çox şey asılıdır. Türkiyə bölgə ölkələrinə himayədarlıq edəcəksə və Qərb, ABŞ bu məsələdə rəsmi Ankaraya dəstək verəcəksə, Rusiyanın əvvəlki kimi at oynatmaq imanları məhdudlaşacaq. Rusiyanın daxilində də ciddi problemlər gözlənilir. Rusiya Ukrayna cəbhəsində istədiyini ala bilmir və Moskvaya qarşı ciddi sanksiyalar nəzərdə tutulur. Hesab edirəm ki, bu Rusiyanın məğlubiyyəti ilə nəticələnəcək”.

“Heç nədən qorxmaq lazım deyil. Yeni dünya nizamı yaranır. Bizim üçün yeni şərait yaranıb. Bu şəraitdən dövlət, millət olaraq istifadə etməliyik. Bizim olanları istəməkdən də qorxmamalıyıq. Dərbəndi istəməkdən çəkinməməliyik. Qərbi Azərbaycandakı torpaqlarla bağlı iddiadan bir addım geri çəkilməməliyik”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600