!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Cənubi Qafqazda eskalasiya riskləri: “Bölgədə xaos yaratmaq istəyirlər”

!Reklam – Yazi

“Bu gün dünyada gedən siyasi proseslər onu deməyə əsas verir ki, hələ bundan sonra da müxtəlif istiqamətlərdə qarşıdurma ocaqları yaradılacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi təhlilçi Belarusun Ukrayna müharibəsinə qoşulması ilə bağlı son günlər intensivləşən Qərb təhriklərindən söz açıb.

Onun sözlərinə görə, biz Cənubi Qafqazda da Qərbin eskalasiya riskləri yaratmağa çalışdığını müşahidə edirdik:

“Lakin Belarusun prosesə qoşulma məsələsi Ukrayna savaşının bir hissəsinə daxil olsa da, bu məsələnin həm də müəyyən fərqli cəhətləri var. Qərb Ukrayna savaşı fonunda prosesləri Rusiyanın içərisinə daşımağa çalışır və bu istiqamətdə bir sıra cəhdlər olub. Rusiya daxilindəki terror aktları, eyni zamanda, Ukraynaya verilən dəstək və Kursk vilayətinə edilən hücumların əsas məqsədi Rusiyanı daxildən sarsıdıb hökuməti çətin vəziyyətə qoymaq və etiraz dalğasını artıraraq hakimiyyəti devirməkdən ibarətdir”.

“Ona görə də, əgər cəbhədə vəziyyət Ukraynanın lehinə dəyişərsə, onda Belarus prosesə qoşula bilər. Belarus həm də KTMT daxilində Rusiya ilə müttəfiqdir və KTMT prosesin tərkib hissəsi kimi ortaya çıxa bilər. Eyni zamanda, Rusiyanın müttəfiqi olan Minsk Moskva ilə müttəfiqlik münasibətlərini əsas götürərək prosesə qoşula bilər. Bilirik ki, Ukrayna savaşı başlayan gündən Belarus Rusiyaya açıq dəstəyini nümayiş etdirib. Təbii ki, bu ehtimallar indiki məqamda daha çox önə çıxır, lakin hər şey proseslərin yekunundan asılı olacaq. Əgər Rusiya cəbhədə çətin vəziyyətə düşərsə, onda Belarus prosesə qoşula bilər. Lakin həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiyada Qərbin xaos yaratmaq istəyi mövcuddur ki, bu da geosiyasi proseslərin tərkib hissəsi olaraq ortaya çıxır. Bu isə bölgə dövlətlərinin maraqlarına zərbə vurmağa hesablanmış bir addımdır”, – deyə o, söyləyib.

Rafi Müslümov

COP29

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv