!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin qorxduğu SSENARİ: “Ukraynadan sonra hədəf bu ölkələr ola bilər” - ŞƏRH

!Reklam – Yazi

“Rusiya Ukraynada qalib olarsa, növbəti hədəf Varşava Müqaviləsi Təşkilatına daxil olan dövlətlərdir”.

Bunu ABŞ-nin keçmiş dövlət katibi Kondoliza Raysın “Putin işğal etdiyi əraziləri geri qaytarmayacaq, bu ərazilərdən Qərbə hücum üçün tramplin kimi istifadə etmək niyyətindədir” sözlərini şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qərbin əsas məqsədi Rusiyanı Ukraynadan sıxışdırıb çıxarmaqdır:

“Ukraynada qalib olacağı təqdirdə dayanmayacağını bilən Qərb Rusiyanın genişlənməsini istəmir. Çünki Rusiya Ukraynada qalib olarsa, növbəti hədəf Varşava Müqaviləsi Təşkilatına daxil olan dövlətlərdir. Rusiya əgər Ukraynanı tam işğal edərsə, bir sonrakı hədəf Moldova, Rumıniya, Polşa ola bilər. Bu baxımdan Qərb ölkələri, xüsusilə ABŞ ciddi narahatlıq keçirir.

Polşa və Ruminiyanın NATO-ya üzv olduğunu nəzərə almaq lazımdır. Qərb Ukraynada Rusiya ilə birbaşa mübarizə aparmaq istəmir. Edilən yardımlar Qərbin Rusiyaya qarşı Ukraynanı silahlandırmaqda maraqlı olduğunun göstəricisidir. Belə görünür ki, bu yardımların miqdarı daha da artırılacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv