Qəsdən təyyarə qəzası törədən pilotla bağlı yeni xəbər
Almaniya hüquq-mühafizə orqanları qəsdən təyyarə qəzası törətdiyi ehtimal olunan Aaman pilot Montabaur Andreas Lyubitsin evində əməliyyat-axtarış tədbirləri həyata keçirib. Polislər araşdırmalar zamanı vacib bir material əldə etdiklərini, lakin onun nədən ibarət olduğunu açıqlamayıblar.
Pilotun kompüteri də araşdırılmaq üçün nəzarətə götürülüb.
Ətraflı məlumat verməkdən imtina edən polislər yalnız onu bildiriblər ki, pilotun hər hansı intihar məktubu tapılmayıb. Pilotun Düsseldorf şəhərindəki evindəki axtarışlar fransız polisi tərəfindənbir neçə saat müddətinə davam edib. Bundan əvvəl prokuror Marcel Brice Robin açıqlama verərək bildirib ki, ikinci pilot hadisəni qəsdən törədib.
Onun sözlərinə görə, pilot kabinəsini içəridən bağalayan 2-ci pilot Andreas Lubits digər uçuş heyətini içəri buraxmayıb.
Təyyarəni təkbaşına idarəedən pilotun “Airbus 320″ni qəsdən Alp dağlarının cənub yamacına çırpdığı ehtimal olunur. Qəza nəticəsində əsasən Almaniya və İspaniya vətəndaşları olmaqla 150 nəfər həlak olub. Qeyd olunur ki, Andreas Lyubits 28 yaşında olub. 2008-ci ildə uçuş təhsili təlimlərinə başlayıb. Bremen və Arizonada təhsil alıb. 2013-cü ildən o, ikinci pilot kimi çalışıb. Həmkarlarının sözlərinə görə, işindən məmnun olub.
Valideynlərilə birlikdə Frankfurt yaxınlığında Montabaurda yaşayıb. Bir çox dostları olub və aktiv həyat tərzi keçirib. “Facebook” sosial şəbəkəsindəki profilinə əsasən demək olar ki, o, musiqini çox sevib.