İranda öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İstanbul və Dohada iki ayrı sui-qəsd cəhdinin olduğu və MİT-in qarşısını aldığı iddia edilib.
Yenicag.az xəbər verir ki, “Türkiye” qəzetinin məlumatına görə, Türkiyə təhlükəsizlik qüvvələrinin İran səfərindən əvvəl İsmayıl Haniyəni sui-qəsd cəhdinə qarşı xəbərdar etdiyi öyrənilib.
Ailə üzvlərini qətlə yetirdikdən sonra Türkiyəyə gələn Haniyəyə qarşı şübhəli fəaliyyətlər aşkarlanıb. MİT təhlükəsizlik kodunu artırıb və Haniyə ətrafında polad qalxan qurub. Türkiyə kəşfiyyatının bu mövzuda həssaslığı Qətərdə də davam edib. HƏMAS rəsmisi İsmayıl Haniyənin İstanbul və Dohada iki ayrı sui-qəsd cəhdindən sağ çıxdığını və MİT-in qabaqlayıcı təşəbbüsləri sayəsində bu proseslərdən sağ-salamat xilas olduğunu bildirib.
Digər tərəfdən, İsmayıl Haniyə və “Hizbullah” lideri Həsən Nəsrullahın eyni qoruma protokolu çərçivəsində İran tərəfindən dəvət edildiyi öyrənilib.
Qeyd olunub ki, Nəsrullahın siyahıdan çıxarılmasından sonra Türkiyə tərəfi Haniyə və HƏMAS-a xəbərdarlıq edib.
HƏMAS və Haniyə xəbərdarlığının Tehran rəhbərliyi ilə paylaşılıb-paylaşılmaması ilə bağlı məlumat yoxdur.
MİT-in Tehran səfəri öncəsi HƏMAS-a mobil rabitə vasitələri və internet istifadəsi ilə bağlı da xəbərdarlıq etdiyi öyrənilib.
Nəsimi Ələsgərli
www.yenicag.az