!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeyri-peşəkar loqoped PROBLEMİ: “İki aylıq kurs keçənlər də özlərini...”

!Reklam – Yazi

Mütəxəssislər qeyri-peşəkar loqopedlərin uşaq psixologiyasına mənfi təsir göstərdiklərini bildirir.

Bu barədə Yenicag.az-a danışan mütəxəssis Şəhla Əliyeva bildirib ki, peşəkar loqoped uşaq psixologiyasına dərindən bələd olmalıdır.

O, qeyd edib ki, peşəkar loqoped olmaq üçün uzunmüddətli hazırlıq lazımdır:

“Loqoped uyğun təhsilli olmaqla yanaşı, daim öz üzərində işləməli, təlimlərə, seminarlara qatılmalı və ən əsası, psixologiya haqqında məlumatlı olmalıdır.

Həmçinin bu peşəyə sahib insanlar səbrli, təmkinli olmalı və azyaşlılarla davranışlarına diqqət etməlidirlər.

Hazırda ölkədə qeyri-peşəkar loqopedlərin sayı çoxdur. İki aylıq kurslara getməklə, özlərini loqoped adlandırırlar. Peşəkar loqoped olmaq üçün uzunmüddətli hazırlıq lazımdır”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan psixoloq Gülər Məmmədova qeyri-peşəkar loqopedlərin uşaq psixologiyasına mənfi təsir göstərdiklərini vurğulayıb:Psixoloqun sözlərinə görə, loqopedlər də digər sahələrdə çalışanlar kimi, öz işlərinə ciddi və məsuliyyətlə yanaşmalıdırlar:

“Loqopedlər işə götürülərkən psixoloji yoxlamadan keçməlidirlər. Çünki uşaqlarla işləmək elə də asan məsələ deyil.

Fərqli psixologiyalara malik uşaqlar var. Onlarla işləmək xüsusi bacarıq tələb edir. Peşəkar loqopedin təhsili ilə bərabər, praktik təcrübəsi də olmalıdır. Mütəxəssis öz şəxsi həyatını işində əks etdirməməlidir.

Azyaşlılarla işləyərkən səbr və xoş münasibət kimi meyarlara diqqət etməliyik. Hər hansı yanlış hərəkət onların psixologiyasında davamlı problemlər yarada bilər”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv