!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qeyri-pik saatlarda gediş haqqı 50 faiz ucuz olacaq" - BNA-dan AÇIQLAMA

!Reklam – Yazi

Bakı Nəqliyyat Agentliyi (BNA) pik saatlarda paytaxtdaxili sərnişin daşıyan avtobuslarda gediş haqqının fərqli olması ilə bağlı yaranan anlaşmazlığa aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev  açıqlamasında bildirib ki, məlumat ictimaiyyət tərəfindən səhv anlaşılıb: “Marşrutlarda kart sisteminə keçid tam başa çatandan sonra gediş haqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyini bildirmişəm. Yəni ortada hələ konkret nəsə yoxdu, sadəcə bu məsələ fikir olaraq söylənilib.

Bəzi KİV-lər bu açıqlamaya istinad edərək guya marşrut avtobuslarında gediş haqqının artacağı ilə bağlı məlumatlar yayıblar. Qiymət artımı ilə bağlı əsası olmayan bu məsələ insanlar arasında ciddi narahatlığa səbəb olub.

Bildirirəm ki, heç bir qiymət artımından söhbət getmir. Digər yandan qiymət tənzimlənməsi BNA, yox digər müvafiq qurum tərəfindən həyata keçirilir.Səslənən fikirlərin izahına gəlincə bildirim ki, məsələn Türkiyənin İzmir şəhərində səhər 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır. Bu ildən tətbiq edilən bu təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır.

Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir. Bir daha qeyd edirəm qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır”.

COP29

www.yenicag.az

1572
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv