!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qəza törədib qaçdığı deyilən Nigar Camal: "Təhqir və söyüşlərə görə..."

!Reklam – Yazi

Nigar Camal avtomobil qəzası törədərək hadisə yerindən qaçması ilə bağlı xəbərə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, müğənni “Instagram” hesabında qəza törətdiyini təsdiqləyib, lakin hadisə yerindən qaçmadığını, həmin şəxsin onunla aqressiv davrandığına görə oradan uzaqlaşdığını bildirib:

“Zərərçəkən şəxs çox aqressiv idi, təhqir və söyüşlərdən istifadə edirdi deyə hadisə yerindən uzaqlaşdım, dedim ki, əsəbləriniz soyuyanda danışarıq. O dərəcədə ağılsız deyiləm ki, kimisə pis vəziyyətdə qoyum və kamera çəkə-çəkə qaçım. Dəmir parçasıdır, zərəri qarşılanacaq, əsas can sağlığı olsun”.

Qeyd edək ki, Unikal.org-un xəbərinə görə, sənətçi idarə etdiyi avtomobillə iki gün öncə “28 May” metrosu yaxınlığında “Toyota Prius” markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.

Cəvahir

www.yenicag.az

1072
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv