Qəzaya uğrayan təyyarədə rus çempionlar da oldu

media-hightechnic-468x90

Vaşinqtonun Reyqan hava limanında helikopterlə toqquşan təyyarədə sərnişinlər arasında fiqurlu konkisürmə üzrə rusiyalı keçmiş dünya çempionları – Yevgeniya Şişkova və Vadim Naumov da olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadla məlumat yayıb.

“Qəzaya uğrayan təyyarədə məşqçilərimiz Yevgeniya Şişkova və Vadim Vaumov da olub”, – mənbə bildirib.

Yayılan digər məlumata görə, fiqurlu konkisürmə üzrə SSRİ üçüncüsü İnna Volyanskaya da qəzaya uğrayan təyyarədə imiş.

Qeyd edək ki, Vaşinqtonun Reyqan Milli Hava Limanında sərnişin təyyarəsi ilə helikopter toqquşub. İkiyə parçalanan təyyarə Potomak çayına düşüb. Təyyarədə 60 sərnişinin, helikopterdə isə ən azı 3 hərbçinin olduğu bildirilir.

İndiyə qədər 19 nəfərin meyiti sudan çıxarılıb./axar.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05