Qəzza ilə bağlı DƏHŞƏTLİ PLAN: Fələstinlilər haraya KÖÇÜRÜLƏCƏK?

media-hightechnic-468x90

“Proseslərin gedişatı göstərir ki, Qəzzada vəziyyətin stabilləşməsi gözlənilmir və dünəndən etibarən İsrail qoşunlarının fəallığının artması müşahidə olunur”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

media-ceyhun6-1

O, İsrailin ötən gündən Qəzzada başlatdığı əməliyyatlar çərçivəsində bölgə əhalisinin Livana köçürülməsi ilə bağlı yayılan informasiyaları şərh edib.

Prosesləri şərh edən millət vəkilinin sözlərinə görə, bütün bunlar onu göstərir ki, İsrail dövlətinin yeni plan və hədəfləri var:

“Burada əsas məqsəd Qəzza ilə bağlı məsələnin kökündən həll edilməsi və gələcəkdə baş verə biləcək proseslərin qarşısının indidən alınmasıdır. Bu, İsrail üçün olduqca vacib və strateji əhəmiyyət daşıyır. İsrail çalışır ki, öz təhlükəsizliyini təmin etsin və bunun üçün də qeyd olunan addımları ataraq müxtəlif tədbirlər həyata keçirir”.

“Livan məsələsinə gəldikdə isə hələlik tam təsdiqini tapmış bir durum yoxdur. Kütləvi informasiya vasitələrində müxtəlif iddialar səslənsə də, bu barədə rəsmi təsdiq yer almayıb. Əsas hədəf, İsrailin təbirincə, Qəzzanın tamamilə boşaldılması və terror qruplaşmalarından təmizlənməsidir. Bu prosesin gedişi də göstərir ki, İsrail məhz bu istiqamətdə fəaliyyətini davam etdirir. Odur ki, Livan məsələsi ilə bağlı dəqiq fikir söyləmək çətindir. Çünki Livanın bu prosesə razılıq verəcəyi inandırıcı görünmür. Əgər hansısa razılıq əldə olunsa və proses bu şəkildə davam etsə, məsələnin gedişatına yenidən baxılması və prosesin fərqli istiqamətdə inkişafı istisna edilmir”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa