Qəzzada atəş dayanmır: "O vaxta qədər Yaxın Şərqdə sakitlik olmayacaq"

media-hightechnic-468x90

“Yaxın Şərqdəki müharibənin əsas səbəbkarı HƏMAS yox, İsraildir”.

Bu fikirləri siyasi şərhçi Ramiyyə Məmmədova Qəzzada yenidən atəşkəsin pozulmasını Yenicag.az-a şərh edərkən deyib.

media-rami

O bildirib ki, İsrailin əsas məqsədi Qəzzanı tamamilə nəzarəti altına almaqdır:

“Rəsmi Təl-Əviv HƏMAS-ı bəhanə edərək Qəzzadakı əməliyyatlarına haqq qazandırır. Misirdə keçirilən “Yaxın Şərq Sülh Sammiti”ndən sonra atəşkəsi məhz İsrail pozdu. Baxın, HƏMAS tamamilə Qəzzadan çıxarıla bilməz. Bu baş versə belə, münaqişə həll olunmayacaq. Çünki Qərb həm də HƏMAS-ı maliyyələşdirir.

Tutaq ki, qruplaşma bölgədən çıxarıldı, bir müddət sonra yenisi yaradılacaq. Məsələ İsraildədir. Onlar bölgəyə hökm etmək niyyətindədir. ABŞ də İsrailə ciddi təzyiq göstərməyəcək. Yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahu bir müddət əvvəl bildirmişdi ki, ABŞ onların istəklərini həyata keçirir. Buna görə də rəsmi Vaşinqtonun bu məsələdə İsrailin tərəfini tutması təbiidir. Nə qədər ki, nüvə silahına malik İsrail Qəzza ilə bağlı planlarından əl çəkməyəcək, o vaxta qədər Yaxın Şərqdə sakitlik olmayacaq”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa