Qəzzada bu tarixdən girovların azad edilməsinə başlanılacaq
Ağ Evin yüksək rütbəli rəsmisi bildirib ki, Tramp administrasiyasının ən son qiymətləndirməsinə görə, Qəzzada girov saxlanılanların sərbəst buraxılması prosesi bazar ertəsi günü başlayacaq.
Yenicag.az “Times of İsrael”ə istinadən xəbər verir ki, Ağ Ev rəsmisi deyib ki, bu gün İsrail kabineti girov müqaviləsini təsdiqlədikdən sonra İsrail Qəzza daxilində razılaşdırılmış xəttə geri çəkiləcək və bu proses 24 saatdan az vaxt aparmalıdır.
Bəyanatda deyilir: “Bizim qiymətləndirməmizə görə, girovların buraxılması bazar ertəsi günü başlayacaq”.