QHT-lər üçün şad xəbər

media-hightechnic-468x90

feraset_qurbanovg_DSC0149Fərasət Qurbanov: “Böyük qrantların həcmi  40 min manatdan çox olacaq”

 

“Gələn ildən Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının QHT-lərə layihələr üzrə ayıracağı ən iri maliyyə vəsaitinin həcmi 40 min manatdan çox olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Şuranın icraçı direktoru Fərasət Qurbanov söylədi: “Şura tərəfindən qeyri-hökumət təşkilatlarının layihə və proqramları 6 ildən çoxdur ki, maliyyələşdirilir.  Bu maliyyələşmənin isə bir neçə formada təsnifatını vermək olar. QHT-in fərdi qaydada müraciət etdikləri  ictimai problemlər və onların həlli üçün verilən kiçik qrantlar və QHT-in koalisiya şəklində birləşərək həyata keçirdiyi nisbətən böyük məbləğli layihələr. QHT-in layihə və maliyyə məsələlərinin idarə olunmasına münasibətini analiz etdikdə görürük ki, maliyyənin idarə olunmasında böyük təcrübəsizlik hökm sürür. Bu da ilk növbədə ayrı-ayrı təlim və tədbirlərin təşkili ilə bağlı məsələdə özünü daha aydın büruzə verir. Həmçinin, QHT-in maliyyə məsələsinin planlaşdırılmasında da çətinliklər var. Bir çox hallarda maliyyənin xərclənməsi fəaliyyətlə sinxronluq təşkil etmir. QHT-in maliyyə vəsaitini düzgün xərcləmə və maliyyələşdirilməsi istiqamətində yeni məsləhətlər verməklə bu kimi qüsurların aradan qaldırılmasını təmin edirik. Artıq özümüz üçün yeni  qrant müsabiqəsinə hazırlıq işləri həyata keçiririk.  Hazırlıq işləri ötən illərin təcrübəsinə söykənir və ona əsasən də yeni qrant müsabiqəsinə yeni münasibət bəslənilir. Bu fonda qrant vəsaitlərinin artırılması üzərində də düşünürük. Yeni müsabiqədə böyük, orta və kiçik qrantların olması planlaşdırılır.  Bu da ilk öncə QHT-in maliyyə idarəetmə təcrübəsindən asılıdır. Böyük qrantların həcmi hər  halda 40 min manatdan çox olacaq”.

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600